Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.
Xəsarət alanlardan 3-ü uşaqdır.
***
saat 11.12
AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğraması nəticsində 6 nəfər sağ qalıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd eədk ki, İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
***
saat 11.12
AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Heftelik.az-ın məlumatına görə, təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
“Sputnik-Qazaxıstan” qəza nəticəsində ölən və yaralananların olduğu barədə məlumat yayıb.
AZAL-dan verilən açıqlamaya görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.