Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, ikincili anemiyanın ifadə olunma dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olaraq, şəhadətləndirilmə “a”, “b” və ya “c” bəndi üzrə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Babasilin tez-tez təkrarlanan kəskinləşmələrinə şəhadətləndirilən şəxsin qanaxmaya, tromboz və iltihaba, yaxud hemorroidal düyünlərin II–III dərəcəli düşməsinə görə ildə 3 dəfə və daha çox uzunmüddətli (1 ay və artıq) stasionar müalicədə olması, habelə xəstəliyin stasionar müalicə tələb edən təkrar qanaxmalarla fəsadlaşması halları aiddir.