Mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının müvafiq hesabatlara uyğun olub-olmamasının araşdırılması, Ümidsiz borclarının xərclərə aid edilməsinin düzgünlüyünün araşdırılması (3 saylı əlavə və təsdiqedici sənədlər tələb edilməklə), xərclərin tərkibinin düzgünlüyünün müəssisənin, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatlarının aldığı elektron qaimə-faktura, yük gömrük bəyannaməsi və elektron alış aktı üzrə araşdırılması (enerji, yanacaq, mal-material, xidmət və s.) və kapitallaşdırma xarakterli xərclərin birbaşa xərclərə daxil edilib-edilməməsi hallarının araşdırılması və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddinin vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddindən çox olub-olmamasının araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.