Keyfiyyətin yoxlanılması yalnız laboratoriya əməliyyatları deyil, həmçinin məhsulun keyfiyyəti ilə bağlı qərarların verildiyi hər bir sahəyə cəlb edilməlidir.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Keyfiyyətin yoxlanılmasının fundamental prinsiplərindən biri onun fəaliyyətinin İstehsaldan tam azad olmasıdır. Hər bir istehsalata dair lisenziyası olan təşkilat digər bölmələrdən və ya şöbələrdən asılı olmayaraq Keyfiyyətin yoxlanılması şöbəsinə sahib olmalıdır. Bu şöbə digər şöbələrdən asılı olmamalı və sərəncamında bir və ya bir neçə laboratoriya olan, müvafiq ixtisasa və təcrübəyə malik şəxs tərəfindən idarə edilməlidir.