Cədvəl 6.4-də binanın odadavamlılıq dərəcəsi və konstruktiv yanğın təhlükəliliyi sinfinin birləşmələrinə görə bina kateqoriyaları və yanğın bölmələri üçün normalar müəyyən olunub.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu cədvəldə nəzərdə tutulmayan digər birləşmələrdə, mərtəbənin sahəsi və binanın hündürlüyü həmin kateqoriyalı binalar üçün cədvəldə qeyd olunan göstəricilərinin ən aşağısı qəbul edilməli və ya DTN 2.02-01 normativ sənədinin 1.6-cı bəndinə uyğun müəyyən olunmuş qaydada razılaşdırılır.

Cədvəl 6.4

Binaların odadavamlılıq dərəcəsiKonstruktiv yanğın

təhlükəliliyi sinfi

Binanın yolverilən hündürlüyü, mYanğın bölməsi hüdudunda mərtəbənin sahəsi, m2, aşağıda qeyd olunan mərtəbə sayında:
1234-56-910-16
IC050600050005000500050002500
IIC050600040004000400040002200
IIC12850003000300020001200
IIIC0153000200020001200
IIIC112200014001200800
IVC09200014001200
IVC1620001400
IVC2, C361200800
VC1-C361200800
Qeyd:

1. Burada və bundan sonra 6-cı bölmədə binanın hündürlüyü DTN 2.02-01 normativ sənədinə (1.5* bəndinə qeyd) müvafiq olaraq və yanğınsöndürən maşınların keçid səthindən yuxarı mərtəbənin açılan boşluğunun aşağı sərhəddinədək, yuxarı texniki mərtəbə sayılmadan təyin edilir;

2. Cədvəldəki “–” işarələri həmin odadavamlılıq dərəcəsi olan binanın qeyd olunan sayda mərtəbələrin ola bilməməsini göstərir.