Mədən vergisi bəyannaməsinin faydalı qazıntı ehtiyatlarının balans hesabatı haqqında məlumatları özündə əks etdirən əlavəsi mövcuddur.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Mədən vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi, dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, müvafiq sahələr üzrə enerji sərfiyyat normalarına uyğun hasilatın bəyannamə göstəriciləri ilə müqayisə olunması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.