“Nəzarət olunan xarici müəssisə haqqında arayış”da göstərilən məlumatlar və “Əlavə 5”-də də qeyd edilən azadolmalar və güzəştlər barədə məlumatlar araşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatlar araşdırılmalıdır:
– İdxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar;
– Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;
– Kredit və ya elektron pul təşkilatlarından və ya bank əməliyyatları aparan şəxslərdən alınan rəsmi məlumatlar;
– Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatlar;
– Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;
– Nəqliyyat vasitələrinin qeydiyyatı barədə aidiyyəti orqanlardan alınan məlumatlar;
– Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatlar;
– Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar;
– Digər səlahiyyətli orqanlardan alınan məlumatlar.