Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına verirlər.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğv edildikdə ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.