Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İctimai Televiziya və Radio Yayımları Şirkəti efir proqramında dərhal dəyişiklik edilib, musiqi-əyləncə məzmunlu verilişlər efirdən çıxarılıb.
Heftelik.az-ın məlumatına görə, baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə bir daha Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa arzu edirik!