“Qeyri-bank ödəniş xidməti təchizatçısının ödəniş xidməti istifadəçiləri və onların apardığı əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-ÖXT-5 – Əlavə №22) ödəniş xidməti istifadəçilərinin dövrün sonuna olan sayı, hesabat dövrü ərzində aparılan əməliyyatların sayı və həcmi əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasının “Məxaric əməliyyatları aparmış ödəniş xidməti istifadəçiləri” hissəsi eyniləşdirilən və eyniləşdirilməyən istifadəçilər üzrə təsnifləşdirilir.