Aksiz ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı idxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar, kredit və ya elektron pul təşkilatlarından və ya bank əməliyyatları aparan şəxslərdən alınan rəsmi məlumatlar, vergi ödəyicisinin vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı ilə uçot məlumatlarında göstərilən malların faktiki olaraq sahibliyində olmaması hallarının araşdırılaraq kənarlaşma halının aşkar edildiyi hesabat dövrü üzrə dövriyyənin düzgün göstərib-göstərilməməsi hallarının araşdırılması, Vergi Məcəlləsinin 194.2-ci maddəsinə əsasən aksizli malların istehsalçılarında aparılan vergi nəzarəti zamanı nəzarət postlarından daxil olmuş məlumatlarla bəyannamə göstəricilərinin uzlaşdırılması, digər səlahiyyətli orqanlardan alınan məlumatlar, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.