“Qeyri-bank ödəniş xidməti təchizatçısının hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxs müştəriləri haqqında statistik hesabat” formasında (Forma ÖS-ÖXT-10 – Əlavə №27) hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərin VÖEN-i haqqında məlumat əks etdirilir. VÖEN-ə bağlı bir və ya bir neçə ödəniş hesabı üzrə hesabat dövrü ərzində ümumilikdə azı 3 (üç) məxaric əməliyyatı (nağd və ya nağdsız formada) aparılmışdırsa, VÖEN aktiv hesab olunur və müvafiq xanada “A” işarəsi qeyd edilir, aktiv hesab olunmayan VÖEN üzrə “P” işarəsi qeyd edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.