Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin əlavələri mövcuddur.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Həmin əlavələr aşağıdakılardır:
“Əlavə 1” – İşçilər (sığortaolunanlar) üzrə ümumi məlumatlar, güzəşt və azadolmalar, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb olunmayan gəlirlər, işçinin işləmədiyi iş günləri haqqında, işçilər (sığortaolunanlar) üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləğləri barədə məlumatlar öz əksini tapır;
“Əlavə 2”- Xarici əməkdaş barədə ümumi məlumatlar və xarici işçinin gəlirləri barədə məlumatlar öz əksini tapır;
“Əlavə 3”- Sığortaolunanların həyatın yığım sığortası üzrə müqavilələrinə vaxtından əvvəl xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumatları özündə əks etdirir.