Ermənistan Baş naziri Nikol Paşinyan AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Nikol Paşinyan “X” platformasındakı paylaşımında bildirib.
“Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Baş vermiş bu faciə insanın kədərlənməməsinə səbəb ola bilməz”, – o qeyd edib.