“Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” bölməsində daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə gəlirin məbləği, verginin dərəcəsi və hesablanmış verginin məbləği barədə məlumatlar əks olunur.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Sadələşdirilmiş vergi bəyannaməsinin aşağıdakı əlavələri mövcuddur:
– “Əlavə 1” – hüquqi və fiziki şəxslər üzrə ayrıca olmaqla vergi uçotunun məqsədləri üçün aktivlər, kapital və öhdəliklər barədə məlumatları özündə əks etdirir;
– “Əlavə 2”- daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumatları özündə əks etdirir;
– “Əlavə 3”- vergi ödəyicisinin obyektləri barədə məlumatları özündə əks etdirir.