Sınaqların qeydiyyatına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Aparılan sınaqların qeydiyyatı aparılmalı və qeydlərə ən azı aşağıdakı məlumatlar daxil edilməlidir:
– material və ya məhsulun adı, aidiyyəti üzrə dozası;
– seriya nömrəsi və aidiyyəti üzrə istehsalçının / təchizatçının adı;
– müvafiq spesifikasiya və sınaq proseduruna istinad;
– müşahidələr və hesablamalar da daxil olmaqla sınaq nəticələri və bütün analiz sertifikatlarına istinad;
– sınağın keçirilmə tarixi;
– sınağı aparan şəxsin inisialları;
– aidiyyəti üzrə sınağın həyata keçirilməsini və hesablamaları təsdiq edən şəxsin inisialları;
– icazənin verilməsi və ya imtina (və ya digər qərarlar) barədə yekun qərar vətarix göstərilməklə cavabdeh şəxsin imzası;
– istifadə edilən avadanlıqlara istinad.