Miokardın üzvi (iltihabi, distrofik və digər xarakterli) dəyişiklikləri nəticəsində ürək ritminin pozulmaları olduqda, şəhadətləndirilmə “Xəstəliklər cədvəli”nin 39-cu maddəsi üzrə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Tənəffüs orqanlarının xəstəlikləri
| Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
| I qrafa | II qrafa | III qrafa | ||
| 45 | Burun boşluğunun, burunətrafı ciblərin, udlağın xəstəlikləri: | |||
| a) mühüm dərəcədə ifadə olunmuş üfunətli zökəm (özena) | C | C | C | |
| b) burun tənəffüsünün davamlı çətinləşməsi ilə müşayiət olunan polipoz sinusitlər | C | C | C və ya B FƏRDİ | |
| c) burun tənəffüsünün davamsız çətinləşməsi ilə polipoz sinusitlər, nadir kəskinləşmələrlə irinli sinusitlər, irinsiz sinusitlər, tez-tez kəskinləşmələrlə irinli sinusitlər | A-3 | A | A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ | |
| ç) burun tənəffüsünün davamlı çətinləşməsi və (və ya) burun-ətrafı ciblərin barofunksiyasının davamlı pozulması ilə burun boşluğunun, burun-udlağın xəstəlikləri | A- 3 | A | A, HDQ-də YS | |
| d) xroniki dekompensasiya olunmuş tonzillit, xroniki atrofik, hipertrofik, qranulyoz faringit (nazofaringit) | A-3 | A | A | |
| e) kəskin xəstəliklərdən, xroniki xəstəliklərin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra tənəffüs orqanlarının müvəqqəti funksional pozulmaları | Ç | Ç | Ç | |
