Bu günki təyyarə qəzası zamanı təyyarədə olanlardan biri də əslən Balakən rayonundan olan, lakin Sumqayıt şəhərində ailəsiylə birgə kirayə yaşayan Mahmud Tutunçuyevin həlak olması barədə məlumat təsdiqlənib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 20 yaşlı Mahmud Tutunçuyev Bakı Avrasiya Universitetinin tələbəsi olub.

O, evin tək övladı idi.