ƏDV ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı vergi ödəyicisinin qarşılıqlı əlaqələrinin təhlili, elektron qaimə-fakturalar və yük gömrük bəyannamələri bazasına əsasən vergi ödəyicisinin aldığı (idxal etdiyi) və satdığı (ixrac etdiyi) malların üzləşdirilməsi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər əsasında əvəzləşmənin olub-olmamasının araşdırılması, görülmüş işlərə, göstərilmiş xidmətlərə görə vergi ödəyicisi tərəfindən hesabat dövrü ərzində qeyri-rezidentə ödənilmiş vəsaitlərin məbləğləri barədə vergi orqanında olan məlumatları bəyannamənin müvafiq göstəriciləri ilə müqayisə edərək kənarlaşmanın olub- olmamasının araşdırılması, vergi ödəyicisinin ƏDV sub-uçot hesabı üzrə səhvən edilmiş ödənişlərin təhlili nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.