Kabinə dərinliyi 2100 mm və daha çox olan liftlərin önündə lift holunun eni 3,0 m-dən az olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Yanacaq materiallarının saxlanması üçün olan anbar və digər otaqlardan bilavasitə lift holuna çıxışın olması yolverilməzdir. İdarə binalarında mülki müdafiə otaqlarının yaradılması zərurəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq layihə tapşırığı ilə müəyyən edilməlidir.