“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Həlak olanların bəzilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Bundan öncə bildirilmişdi ki, qəza nəticəsində təyyarə olan 37 Azərbaycan vətəndaşından 23-ü həlak olub.