Atriumlar qurulduğu halda lift 7 və daha cox mərtəbəli binalarda nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Hündürlüyü 28 m-dək olan binaların liftlərinin sayı ikidən çox olmadıqda, onların pilləkən qəfəsində yerləşdirilməsinə yol verilir. Binaların tikintisi ilə əlaqədar sənədlərin tərkibinə əlavə olaraq binanın enerji pasportu və istismar üzrə təlimat daxil edilməlidir. Enerji pasportu binanın istilik mühafizəsi xarakteristikasının və onun enerji istifadəsinin təyin olunması üçün nəzərdə tutulur və bu normaların 9-cu bölməsinin müddəaları nəzərə alınmaqla, “Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar”da müəyyən olunmuş forma üzrə tərtib olunmalıdır.