Təhlillər və məlumatlar göstərir ki, təyyarəyə zərbə Qroznı hava limanından 18 kilometr şimal-şimal-qərbdə Naurski rayonunda 2,4 kilometr yüksəklikdə baş verib.
Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı araşdırmasında qeyd olunub.
Açıq mənbələrdən əldə edilmiş məlumatlara əsasən, həmin ərazidə Rusiyanın bir neçə hərbi hissəsi, o cümlədən hava hücumundan müdafiə sistemləri yerləşir.