Xəbər verdimiz kimi, ötən gün Aktau axınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə olan 6 Qazaxıstan vətəndaşı həlak olub.
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, ölənlər arasında gənc diş həkimi Salima Djutayeva da var.
Məlumata görə, 29 yaşlı Salima Kostanayda diş həkimi işləyirmiş. Gənc qız sosial şəbəkədə aktiv istifadəçilərdənmiş. Onun sonuncu paylaşımı da Bakıdan olub. Belə ki, Salima “Instagram” hesabından Azərbaycan dilində “Sən yağışlı gündə günəş kimisən”, – deyə paylaşım edib.