Birmərtəbəli binaların yanğın əleyhinə divarları ilə binanın tikinti sahəsinin 15%-dən az hissəsini tutan ikimərtəbəli hissəsi arasındakı mərtəbə sahəsi, birmərtəbəli bina üçün olduğu kimi qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Binaya bitişik tikilmiş örtüklərin, terrasların, qalereyaların, eləcə də yanğın əleyhinə divarlarla ayrılmış digər bina və qurğuların odadavamlılıq dərəcəsinin, binanın odadavamlılıq dərəcəsindən bir pillə aşağı qəbul edilməsinə yol verilir.