Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə risklərin müəyyən edilməsi zamanı  Vergi ödəyicisində həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı müəyyən edilmiş işçi sayı və əmək haqqı fondunun təqdim edilmiş bəyannamə ilə müqayisəsi, bəyannamədə göstərilmiş orta aylıq əmək haqqı məbləğinin Dövlət Statistika Komitəsinin məlumatları və Vergi Məcəlləsinin 67.2-ci maddəsinin müddəalarına əsasən müəyyən olunan analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin orta aylıq əmək haqqı məbləği göstəriciləri ilə müqayisəsi, bəyannamədə göstərilmiş işçi sayı və əmək haqqı fondunun vergi ödəyicisinin təsərrüfat fəaliyyətinə (təsərrüfat obyektinin sayı və sahəsi, dövriyyəsi, NKA-nın sayı) və real potensialına uyğun olub-olmamasının araşdırılması, mənfəət və ya gəlir vergisi bəyannaməsində məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə göstərilmiş xərclərin sığorta hesabatlarının göstəriciləri ilə araşdırılması, müvafiq dövlət orqanlarından alınmış məlumatlara əsasən vergi ödəyiciləri tərəfindən əldə edilmiş fərqlənmə nişanlarının sayı ilə təqdim olunan bəyannamələrdə qeyd edilmiş işçi saylarının müqayisəsi nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS)  kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.