Layihə tapşırığına müvafiq olaraq, bina kompleksləri, ayrı-ayrı binalar və yerləşgələr yerli telefon rabitəsi, radio və televiziya qurğuları, səsləndirmə, gücləndirmə və nitqin sinxron tərcüməsi, vaxt siqnalizasiyası qurğuları, yanğın və qoruyucu siqnalizasiya, yanğın barədə xəbər verən sistemlər, qazla çirklənmə, tüstülənmə və subasma siqnalizasiyası qurğuları, binaların mühəndis avadanlıqlarının avtomatlaşdırma və dispetçerləşdirmə qurğuları və digər qurğu növləri, həmçinin kompleks zəif cərəyan şəbəkəsi ilə təchiz olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.