Keyfiyyətin yoxlanılması şöbəsi aidiyyəti bütün işləri effektiv və müvafiq qaydada icra etmək üçün kifayət qədər resurslarla təmin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Keyfiyyətin yoxlanılması şöbəsinin rəhbərinin əsas vəzifələri 3-cü fəsildə verilmişdir. Keyfiyyətin yoxlanılması şöbəsinin bütün Keyfiyyətin yoxlanılmasına dair prosedurların hazırlanması, validasiyası və tətbiqi, müvafiq hallarda istinad və / və ya arxiv materialları və məhsullarına nəzarət, material və məhsulların qablaşdırmasının düzgün qaydada markalanmasının təmin edilməsi, məhsulların stabilliyinin monitorinqi, məhsulun keyfiyyəti ilə bağlı şikayətlərin araşdırılmasıda iştirak və s. kimi digər vəzifələri də var. Bütün bu əməliyyatlar yazılı prosedurlara əsasən həyata keçirilməli və aidiyyəti üzrə qeydiyyatı aparılmalıdır.