ƏDV ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı vergi ödəyicisinin ƏDV bəyannamələri üzrə əvəzləşmələrinin dövriyyədə xüsusi çəkisinin artması hallarının araşdırılması, dövriyyəsi olmayan, lakin əvəzləşdirmə aparan vergi ödəyicisinin araşdırılması, xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrini passivləşdirməklə dövriyyənin azaldılması hallarının araşdırılması, ƏDV-dən azad olunan, ƏDV-yə sıfır dərəcə ilə və ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların uçotunun ayrı-ayrılıqda aparılmasının təsdiqedici sənədlərlə birlikdə araşdırılması, mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği tam məbləğdə, uçotu ayrı-ayrılıqda aparılmadığı halda, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV məbləği kimi qəbul edilməsi hallarının araşdırılması və ödəmə mənbəyində tutulan vergi bəyannaməsində əks etdirilmiş qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğlərin ƏDV bəyannaməsində əks etdirilməsinin araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.