Müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (Vergi Məcəlləsinin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisi üzrə vergitutma obyektidir.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün  yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (Vergi Məcəlləsinin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisi üzrə vergitutma obyektidir.