Hər bir buraxılan material, onun kütləsi və ya həcmi sərbəst şəkildə yoxlanılmalı və nəticələrin qeydiyyatı aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Hər bir seriya üçün buraxılan materiallar birlikdə saxlanmalı və aydın şəkildə markalanmalıdır. İstehsal əməliyyatları: aralıq məhsullar və yarımfabrikatlar. İstənilən istehsal prosesini başlamazdan əvvəl istehsal yerinin və avadanlıqların bütün başlanğıc materiallardan, məhsullardan və məhsul qalıqlarından, həmçinin planlaşdırılmış istehsal prosesi üçün nəzərdə tutulmayan sənədlərdən təmizləndiyinə zəmanət verən tədbirlər görülməlidir.