Yarımfabrikatlar, çap olunan qablaşdırma materialları və istehsal olunan hazır məhsulun miqdarı arasındakı balansda əhəmiyyətli və ya anormal kənaraçıxmalar müşahidə olunarsa, istifadəyə buraxılmazdan əvvəl sözügedən hallar araşdırılmalı və səbəbi aşkar edilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Qablaşdırma prosesi başa çatdıqdan sonra geriyə qalan, üzərində seriya nömrəsi olan hər hansı istifadə edilməyən qablaşdırma materialları məhv edilməli və bu fəaliyyət sənədləşdirilməlidir.