Mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı növbəti illərdə nəzərə alınacaq amortizasiya və təmir xərclərinin məbləğinin bəyannamədə əks etdirilməsinin düzgünlüyünün araşdırılması, bəyannamənin xərclər hissəsində göstərilmiş amortizasiya məbləğlərinin düzgünlüyünün araşdırılması, mənfəət vergisi bəyannaməsində gəlirlərin olmasına baxmayaraq, muzdlu işlə əlaqədar işçilərə gəlir məbləği ödənilməməsi və ya ümumiyyətlə işçisinin olmaması hallarının araşdırılması, mənfəət vergisi üzrə azadolma və güzəşt məbləğlərinin qanunvericiliyə uyğun olub-olmamasının araşdırılması, iddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlirin bəyannamədə əks etdirilməsinin düzgünlüyünün araşdırılması, mənfəət vergisi bəyannaməsində göstərilən gəlirləri, nağdsız qaydada əldə olunan gəlirlərinə bərabər olan (ƏDV depozit hesabına mədaxil, bank və digər ödəniş hesabına mədaxil və s), lakin nağd satışı olan (fəaliyyət sahəsinə müvafiq təsərrüfat subyekti olan) vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.