Hesabat formasının “Məxaric əməliyyatları aparmış ödəniş xidməti istifadəçilərinin hüquqi statusu” hissəsində ödəniş xidməti istifadəçiləri hüquqi şəxslər, fiziki şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasının “Ödəniş hesablarına ödəniş alətləri üzrə mədaxil” hissəsi nağd pul, ödəniş kartları, kredit köçürməsi, elektron pula və sadalananlara aid edilməyən digər vasitələr üzrə təsnifləşdirilir. Hesabat formasının “Ödəniş hesablarına qeyri-bank ödəniş xidməti təchizatçısının ödəniş xidməti şəbəkəsi vasitəsilə mədaxil” hissəsi ödəniş terminalları, internet səhifə, mobil tətbiq və sadalananlara aid edilməyən digər vasitələr üzrə təsnifləşdirilir