AZAL-ın təyyarəsinin dekabrın 25-də Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanlardan ikisinin Qusar rayonundan olduğu məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  faciəli şəkildə həlak olan vətəndaşlarımızdan ikisi Qusar rayonunun Suduroba kəndini sakinidir.

Bacı-qardaş, 22 yaşlı Əli və 19 yaşlı Xədicə Əlimirzəyevlər faciənin qurbanı olublar.

Faktı Qusar rayon İcra Hakimiyyətindən təsdiq ediblər.