Azərbaycan hökumətindəki mənbələr Euronews telekanalına Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğramasına Rusiyanın zenit raketi il’ vurmasının səbəb ola biləcəyini təsdiqləyiblər. O, Qroznı ərazisində pilotsuz uçan aparatların döyüş fəaliyyəti zamanı buraxılıb və sərnişin təyyarəsinin yaxınlığında partlayıb.

İddialara görə, raket qalıqları təyyarəyə ciddi ziyan vurub, faciəvi nəticələrə gətirib çıxarıb.

Mənbələr həmçinin bildiriblər ki, ekipajın təcili tələblərinə baxmayaraq, Rusiya hava limanları zədələnmiş təyyarəni qəbul etməkdən imtina edib. Ekipajın Qazaxıstana getməsi əmri verilib, orada təyyarə Aktauda enməyə cəhd edib.

“Pantsir-S1 sistemi nədir? Bu, eyni vaxtda 20-yə qədər dronu vura bilən hava hücumundan müdafiə sistemidir. Üstəlik, radardan yoxa çıxan təyyarədə gördüyümüz kimi raitəni söndürmək qabiliyyətinə malikdir.

Pilotların Aktauya uçma ehtimalının minimal olduğunu və çox güman ki, təyyarənin Xəzərdə batacağını başa düşdükləri üçün xüsusi olaraq Xəzərə yönəldilib. Vəziyyəti çətinləşdirən əlavə amil isə təyyarənin Xəzər dənizi üzərindən bütün marşrutu boyunca GPS naviqasiyasının tıxanması olub”, – Heftelik.az bildirir ki, bunu Vest.az-a müsahibəsində Azərbaycanın əməkdar pilotu, 40 illik təcrübəyə malik pilot Tair Ağaquliyev deyib.

– Əvvəlcə quşlar haqqında nəsə deyirdilər…

– Tam cəfəngiyatdır, quşları harada görmüsən? 9 min kilometr yüksəklikdə hansı quşlar uçacaq? Yenə belə çıxır ki, quşlar dimdiyi ilə təyyarəni əzib? Pterodaktil sürüsü Azərbaycan aerobusuna hücum etdi?

Balonun partlamasına gəldikdə, izlərdə təyyarənin içəridən deyil, xaricdən deşildiyi görünür.

– Bəlkə həqiqətən güclü bir duman olub? 

– Başqa bir xəyal nəzəriyyəsi. Bakıdan Qroznıya qədər 50 dəqiqə uçuş vaxtıdır və belə güclü bir duman olsaydı, hava limanı bağlanmalı və təyyarəmiz əlverişsiz hava şəraitində Qroznıya buraxılmazdı. Belə çıxır ki, hava şəraiti uçuşa imkan verirdi.

– Uçuşdan sonra duman qalınlaşa bilərdi?

– Bütün dispetçerlərdə: bizim, Qroznı və Mahaçqalada hava haqqında ən son və etibarlı məlumat olur. Görmə qabiliyyəti sıfır olana qədər duman səmanı bürüyə bilməz.
Amma bu baş veribsə, deməli, Qroznı dispetçerlərinin günahı var. Yenə də təyyarəmizin Mahaçqalaya, sonra yenidən Qroznıya, daha sonra isə Aktauya yönləndirilməsi anı çaşdırır.

– İzah edə bilərsiniz?

– Qroznıda duman və ya pilotsuz təyyarələr varsa, fərqi yoxdur, deməli, hər halda Rusiya tərəfinin bundan xəbəri olub. Mahaçqala təyyarəmizi birbaşa Aktauya, ya da Bakıya döndərməli idi. Amma hər halda bildirişi alan İqor Kşnyakin kimi təcrübəli komandir Heydər Əliyev Hava Limanına geri qayıtmaq qərarına gəlib. Əvvəla, ona görə ki, oradan uçub; ikincisi, buradakı havanı, şəraiti çox yaxşı bildiyi üçün; üçüncüsü, bizim hava limanımız hər cəhətdən yaxşıdır və Mahaçqala və ya Qroznı ilə müqayisə oluna bilməz. Binə hava limanında uçuşların avtomatlaşdırılması üçün hər cür şərait var, beynəlxalq səviyyəli hava limanıdır.

Ancaq bu gün ən mühüm sübut, əslində narıncı rəngdə olan və qorunan qara qutulardır. Və əminəm ki, yalnız bir versiya olacaq – Azərbaycan aviaşirkətinin təyyarəsi vurulub.

Onların niyə dronlarla bağlı xəbərdarlıq etmədikləri bəlli deyil.

Təyyarəni PUA vura bilərdi? 

– Xeyr. Bunu təyyarənin üstündəki fraqmentlərdən görmək olar. “Yer-hava” tipli təyyarədə buraxılan raketin özü təyyarəyə dəyəndə partlamır, təyyarəyə yaxınlaşmadan 5-6 metr əvvəl partlayır, çünki təyyarə raketlə təxminən eyni sürətlə uçur. Və sizdən 5-9 kilometr aralıda uçan nöqtəni vurmaq çox problemlidir. Buna görə də zenit raketi təyyarənin qabağında partlayır və o, fraqmentlərlə doldurulur. Bu fraqmentlər təyyarəmizin səthini deşib.
Yenə şəkillərə baxaq,  təyyarənin ” quyruq hissəsi”  deşiklərlə doludu,  bu yalnız qəlpələrdən ola bilərdi.

Dnepropetrovsk vilayətində Ukrayna səmasında raketlə vurulan Malayziya “Boeing”ni xatırlamaya bilmirəm. Orada fakt təsdiqlənir və dağıntılardan hər şey görünür. Beləliklə, hər iki təyyarədəki dəliklər eynidır.

– Amma dəliklər təzyiqi azaltmalıdır…

–  Təyyarənin kadrlarından görünür ki, oksigen maskaları uçuş zamanı açılıb. Bu maskalar yalnız bir halda, depressurizasiya baş verdikdə avtomatik olaraq düşür.