Torpaq vergisi bəyannaməsinin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə hansı bölmələrdən ibarət olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Torpaq vergisi bəyannaməsi Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

– “Verginin hesablanması” bölməsində müxtəlif təyinatlı torpaq sahələri üzrə hesablanmış torpaq vergisinin məbləği əks olunur.