İstehsal sahəsində, istehsalda çalışan işçilər tərəfindən yerinə yetirilənlər də daxil olmaqla bütün prosesdaxili yoxlamalar Keyfiyyətin yoxlanılması şöbəsi tərəfindən təsdiq edilmiş üsullara əsasən həyata keçirilməli və nəticələr qeyd olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Laboratoriya reagentləri, məhlullar, şüşə qablar, istinad standartları və qidalı mühitlərin keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Onlar yazılı prosedurlara əsasən hazırlanmalı və yoxlanmalıdır. Yoxlamaların dərəcəsi onların təyinatlarına və stabilliyə dair məlumatlara uyğun olmalıdır.