Aralıq məhsullar və yarımfabrikatlar müvafiq şəraitdə saxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Kritik proseslər validasiya olunmalıdır. Bütün prosesdaxili və istehsal mühitinə dair yoxlamalar aparılmalı və nəticələr qeyd edilməlidir. Gözlənilən çıxımdan istənilən əhəmiyyətli kənaraçıxmalar qeyd edilməli və araşdırılmalıdır. İlkin və çap olunmuş qablaşdırma materiallarının təchizatçılarının seçilməsi, kvalifikasiyası, təsdiqi və statusunun qorunub saxlanması zamanı başlanğıc materiallara aid yanaşma tətbiq olunmalıdır.