Sumqayıtda ata oğlunu bıçaqlayıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1957-ci il təvəllüdlü Sərdar Xanbaba oğlu Muradov aralarında baş vermiş münaqişə zəminində oğlu, 1986-cı il təvəllüdlü Şahmar Sərdar oğlu Muradova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.