AZAL-ın təyyarəsinin vurulduğunu başa düşən Qroznı onun Mahaçqalaya enməsinə icazə verməyib.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı araşdırmasında qeyd olunub.

Qeyd edlib ki, təyyarı Aktauya istiqamətləndirilib,  yəni insanları dənizdə “həlak” olmağa göndərilib.

Rusiyanın dövlət orqanları tərəfindən “xarici agent” kimi tanınan “BЧК ОГПУ” “Telegram” kanalı isə Qroznı hava limanının dispetçer qülləsi ilə təyyarənin ekipajı arasında danışıqların mətnini şərh edərkən yazıb: “Təyyarə PUA-ların hücumuna qarşı qoşulmuş radio-elektron maneələrin qurbanı olub. Təyyarə enməyə başlayan kimi onun GPS-i sönürdü və dispetçer “radar contact”ı itirirdi. Pilot belə şəraitdə təyyarəni endirə bilməyib və Bakıya uçmaq qərarına gəlib. Təyyarə bunu etmək üçün dönməyə başlayanda onun yaxınlığında partlayış baş verib. Hər şey təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu göstərir…”