Layihələndirilən binaların tikinti ərazisində yerləşdirilməsi, qüvvədə olan qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin və ərazi planlaşdırılması sənədlərinin (baş plan, müfəssəl plan) tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Binaların layihələndirilməsi və tikintisi zamanı qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə müvafiq olaraq binaların əlilliyi olan şəxslər üçün müyəssər olması təmin olunmalıdır.