Binaların elektrotexniki qurğuları şəhərsalma və tikintiyə dair normativ sənədlərin, həmçinin “Elektrik qurğularının quraşdırılması Qaydası”na tələblərinə müvafiq olaraq layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Binaların ildırımdan mühafizəsi televiziya antenalarının və telefon şəbəkəsi xəttinin dirəklərinin mövcud olması nəzərə alınmaqla RS 34.21.122 normativ sənədinə müvafiq yerinə yetirilməlidir.