Binanın yükdaşıyan elementlərinin tələb olunan həddi odadavamlığının təmin edilməsi üçün I, II, III odadavamlılıq dərəcəli binalarda yalnız konstruktiv oddan qorunmanın tətbiq edilməsinə yol verilir (üzlük, betonlama, suvaq).
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
I, II, III odadavamlılıq dərəcəli binalarda mansarda mərtəbəsi üçün yükdaşıyan inşaat konstruksiyalarının odadavamlılıq həddinin R45 qəbul edilməsinə, onların K0 yanğın təhlükəsizliyi sinfini təmin etmək və mansardanın aşağı mərtəbələrdən 2-ci tip yanğın əleyhinə örtüklə ayırmaqla yol verilir. Bu halda mansarda mərtəbəsi yanğın əleyhinə birinci tip arakəsmələrlə I və II odadavamlılıq dərəcəli binalar üçün 2000 m2 -dən, III odadavamlılıq dərəcəli binalar üçün 1400 m2 –dən artıq olmamaq şərtilə bölmələrə ayrılmalıdır. Bu zaman yanğın əleyhinə arakəsmə bu normaların 6.3.5-ci bəndinə uyğun olaraq yanğın əleyhinə divar kimi dam örtüyündən hündür olmalıdır.