“Operatorun xidmət göstərdiyi iştirakçıların emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat” formasında (ÖSO-1.1) hesabat dövrü üzrə operatorun xidmət göstərdiyi ödəniş sistemi iştirakçıların emissiya etdiyi ödəniş kartları ilə ölkədaxili və ölkə xaricində aparılmış əməliyyatların sayı və həcmi haqqında məlumatlar əks olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

hesabat formasında ölkə xaricində aparılmış əməliyyatların sayı və həcmi ödəniş terminalları vasitəsilə nağd pulun çıxarılması, ödəniş terminalları vasitəsilə ödənişlərin həyata keçirilməsi və internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatlarının müvafiq olaraq sayı və həcminin cəmindən ibarətdir.