Buraxılmasına icazə verilməzdən əvvəl hazır məhsullar istehsalçı tərəfindən təşkil edilən karantin şəraitində saxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Buraxılmasına icazə verilməzdən əvvəl hazır məhsullar 5-ci fəsildə göstərilən tələblərə uyğun yoxlanmalı və sənədləşdirilməlidir. Buraxılmasına icazə verildikdən sonra hazır məhsullar realizasiya üçün nəzərdə tutulan ehtiyat kimi istehsalçının təyin etdiyi şəraitdə saxlanmalıdır.