Mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı kassa metodu ilə bəyannamə təqdim edildikdə, ƏDV dövriyyəsi ilə mənfəət vergisi bəyannaməsindəki gəlirlərin və hesabat dövrünün sonuna “Sair debitor borc” qalığının müqayisə olunması, mənfəət vergisi bəyannaməsinin digər bəyannamə göstəriciləri ilə üzləşdirilməsi, xalis mənfəətin təqdim edilməsi olan vergi ödəyicisinin araşdırılması, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə (hesablanmış amortizasiya məbləği üzrə çıxılmalar nəzərə alınmaqla) yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi, sahələr üzrə təhlillər zamanı bir ərazi üzrə eyni fəaliyyətlə məşğul olan və texniki-iqtisadi imkanlarına görə eyni qrupa daxil olan hər bir vergi ödəyicisinin dövriyyəsinin və vergi yükünün həmin ərazi və ya qrup üzrə faktiki orta dövriyyədən və orta vergi yükündən az olması hallarının araşdırılması, müvafiq sahələr üzrə enerji sərfiyyat normalarına uyğun hasilatın bəyannamə göstəriciləri ilə müqayisə olunması, dəqiqləşdirilmiş bəyannamələr təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.