Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə risklərin müəyyən edilməsi zamanı tikinti, ticarət və digər sahələrdə sahibkarlıq fəaliyyəti göstərən və müvafiq dövr üzrə dövriyyəsi olub məcburi dövlət sosial sığorta haqları göstərməyən fiziki şəxslərin təhlili,  xüsusi notarius fəaliyyəti ilə məşğul olan, lakin məcburi dövlət sosial sığorta haqları göstərməyən vergi ödəyicilərinin təhlili, mülki hüquqi xarakterli müqavilələrlə işləyən şəxslər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqları məbləğlərinin ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin müvafiq göstəriciləri ilə müqayisəsi, müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər tərəfindən bəyan edilmiş məcburi dövlət sosial sığorta haqlarının ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin müvafiq göstəriciləri ilə müqayisəsi, məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri olmayan vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar, sərbəst auditorlar, sərbəst mühasiblərin bəyannamə göstəricilərinin təhlili, ödənilmiş sığorta haqqı məbləğlərinin fəaliyyət sahəsinə uyğunluğunun araşdırılması məqsədilə ödəniş etmiş şəxslərin fəaliyyət sahələrinin uçot məlumat bazası ilə müqayisə edilməsi, müvafiq dövr üzrə sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərinin müqayisəli təhlili nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS)  kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.