Sadələşdirilmiş vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı qarşı tərəfdə keçirilmiş səyyar vergi yoxlaması zamanı həmin vergi ödəyicisi ilə aparılan əməliyyatların bəyannamə göstəriciləri ilə müqayisəli təhlili, bəyannamədə göstərilmiş gəlirlərin vergi ödəyicisinin müvafiq dövr üzrə xərcləri ilə (elektron qaimə-faktura, elektron alış aktı, idxal məlumatları, əmək haqqı, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, təsərrüfat obyekti icarə əsasında istifadə edildikdə aylıq icarə haqqı, lisenziya (icazə) üzrə rüsumlar və s.) müqayisəsi və sahələr üzrə təhlillər zamanı bir ərazi üzrə eyni fəaliyyətlə məşğul olan və texniki-iqtisadi imkanlarına görə eyni qrupa daxil olan hər bir vergi ödəyicisinin dövriyyəsinin və vergi yükünün həmin ərazi və ya qrup üzrə faktiki orta dövriyyədən və orta vergi yükündən az olması hallarının araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.