Hesabat formasının “Ödəniş hesabları və ödəniş alətləri (elektron pul istisna olmaqla) ilə aparılan ödənişlərin təyinatı” hissəsində həyata keçirilmiş ödənişlər təsərrüfat subyektinin kateqoriya koduna uyğun olaraq təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“Qeyri-bank ödəniş xidməti təchizatçısı tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-ÖXT-6 – Əlavə №23) pul köçürmə sistemləri vasitəsilə milli və xarici valyutada (xarici valyutada aparılan əməliyyatların manat ekvivalenti) olmaqla qeyri-bank ödəniş xidməti təchizatçısına daxilolmalar və qeyri-bank ödəniş xidməti təchizatçısından kənara köçürmələrin sayı və həcmi əks olunur.